2016-cı ildə valyuta mübadiləsi qaydalarının pozulması ilə bağlı 12 iş icraata verilib.
Trend-in məlumatına görə, bu barədə Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
K.Əliyev qeyd edib ki, Azərbaycanda ötən il mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb.