21 C
Baku
Saturday, September 28, 2024

Valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri AMB-nin kapital tələbini yerinə yetirib

Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri – “Meta-Kapital” MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.

Şirkət nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 600 000 manata çatdırıb.

Bu məbləğ “Meta-Kapital”a Bakıda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. Paytaxtda 2-ci məntəqəni açmaq üçün isə şirkət kapitalını 50% artıraraq 900 min manata çatdırmalıdır.

“Meta Capıtal” 2022-ci ildə yaradılıb.

Bundan əvvəl “Delta Capital” nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər