8 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Valyuta təminatlı Manat krediti nədir və hansı Banklarda təklif olunur?

Valyuta təminatlı Manat krediti nədir və hansı Banklarda təklif olunur?

0
Valyuta təminatlı Manat krediti nədir və hansı Banklarda təklif olunur?

Banker.az monitorinq qrupu daha bir maraqlı mövzu ətrafında olan araşdırmasını Sizlərə təqdim edir. Mövzumuz valyuta təminatlı manat kreditləridir.

Dollarda götürülmüş kreditlər yəqin ki, bir çox insanın qorxulu rüyasına çevrilib. Eyni fikri devalvasiyalardan öncə manat valyutasında yerləşdirilmiş əmanətçilərə də aid etmək olar. Hər iki qrup müştəri yəqin ki uzun müddət valyutada borclanmaqla, manatda isə yığım etməklə bağlı ehtiyatlı davranacaqlar.

Bankların əmanətçilərinə təklif etdiyi ənənəvi məhsullar içərisində “depozit təminatlı kreditlər”ə demək olar ki bütün Banklarda rast gəlmək mümkündür. Lakin aşağıda qeyd olunan Banklar müştərilərin maraqlarına uyğun olacaq bir fərqli bir məhsul təqdim ediblər. Bu məhsul xarici valyuta əsasında (USD) verilən manat kreditidir. Məhsulun əsas üstünlüyü valyuta risklərinin demək olar ki, 0 (sıfır) səviyyəsində olmasıdır. Belə ki, manatın baş verə biləcək 3-cü devalvasiyası (bu bir fərziyyədir) halında bu məhsulun istifadəçiləri valyuta mövqeyindən baxdıqda heç bir zərərlə üzləşməyəcəklər. Oxucular üçün maraqlı olan digər bir məqam isə bu məhsulu təklif edən Bankların bəzilərinin xarici valyutada olan vəsaiti əmanət kimi, bəzilərinin isə sığorta məbləği kimi (yəni , bu məbləğə heç bir faiz hesablanmır) qəbul etməsidir. Məhsulun digər şərtləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

[table id=508 /]