6 C
Baku
Sunday, December 15, 2024

Valyutadəyişmə məntəqələrinə axın başlayıb: bu dəfə hər kəs qızıla qaçır

Vətəndaşlar əllərindəki dolları qızıla çevirmək üçün yarışırlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dollarınızı qızıla, türk lirəsinə dəyişin” çağırışına vətəndaşlardan böyük dəstək gəlib. Keçən həftədən etibarən, ABŞ dollarının rekord qıraraq 3.50 lirəni aşmasından sonra Türkiyədə bir çox sektorlarda türk lirəsinə dönüş səfərbərliyi yaşanır. Vətəndaşlar da əllərindəki dolları qızıla çevirmək üçün yarışırlar.

Sputnik Milliyet-ə istinadla xəbər verir ki, çağırışa cavab verən vətəndaşlar, “yastıq altındakı” dollarlarını dəyişmək üçün valyutadəyişmə məntəqələrinə axın edirlər. Dollardəyişmə əməliyyatı artarsa, dolların məzənnəsinin düşəcəyini deyən, valyutadəyişmə məntəqələrindən birinin sahibi Bülent Kaştanın sözlərinə görə, Ərdoğanın çağırışından sonra vətəndaşlar dollarlarını dəyişmək üçün hərəkətə keçiblər. “1 həftə boyunca dollar satan vətəndaşlarımızın sayı 60 faiz artıb. Keçən həftəyə görə ciddi bir artım var. Bu şəkildə davam etsək, ABŞ valyutasının məzənnəsi düşəcək”, — Kaştan bildirib. O, keçən ay qızıl satışında durğunluq hökm sürdüyünü əlavə edib: “Bu ay qızıl satışımız çox yaxşıdır. İnsanlarımız qızıla dönüş edirlər, dolları qızıla yatırırlar”.

 

Son xəbərlər
Digər xəbərlər