12 C
Baku
Friday, May 17, 2024

Valyutamızn axdığı və ya gəldiyi əsas ölkələr – siyahı

Dövlət Gömrük Komitəsi 2018-ci il üzrə xarici ticarət dövriyyəsi ilə bağlı göstəriciləri açıqlayıb.

Banker.az DGK-nin hesabat müddətinə açıqladığı məlumata istinad edir ki, ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 30 923.60 mln. ABŞ dolları  təşkil etmişdir ki, onun 19 458.63 mln. ABŞ dolları və ya faizlə ifadədə 62.92%  ixrac, 37.08%-i, rəqəmlə ifadədə isə 11 464.97 mln. ABŞ dolları idxal əməliyyatları olmuşdur. Xarici ticarət saldosu isə 7 993.66 mln. ABŞ dolları təşkil etmişdir.

Göründüyü kimi 2017-ci ilin eyni hesabat dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 8 329 97 mln. ABŞ dolları artmış,  xarici ticarət saldosu isə 2 964. 05 mln. ABŞ dolları təşkil etmişdir. İxrac əməliyyatlarının  həcmi  13 811.62 mln ABŞ dolları və ya 61.13%, idxal əməliyyatlarının həcmi isə 8 782.01 mln. ABŞ dolları, başqa sözlə 38.87%  təşkil etmişdir.

Digər bir maraqlı məqam isə Azərbaycanın xarici ticarət dövriyyəsində ölkələr üzrə ixrac və idxal əməliyyatlarına dair göstəricilərdir.

Belə ki, ölkələr üzrə  xarici ticarət əməliyyatlarının ümumi həcmi 30 923 602.59 min ABŞ dolları təşkil etmişdir. 2017-ci ildə  müqayisədə bu göstərici 8 329 970.6 min ABŞ dolları fərqlə  artıq vəsait deməkdir.

İxrac əməliyyatlarında ilk yerləri 2018-ci üzrə MDB dövlətləri təşkil edir. Ümumi göstərici  1 138 217.03 min ABŞ dolları və ya 5.85% olmuşdur.

Hesabata əsasən Rusiya ilə 665 741.42 min ABŞ dolları və ya 3.42%, Ukrayna ilə 358 738.44 min ABŞ dolları və ya 1.84%, Qazaxıstan ilə 46 644.27 min ABŞ dolları və ya 0.24%, Belarus ilə 22 902.84 min ABŞ dolları və ya 0.12% təşkil etmişdir.

Avropa İttifaqı ölkələri üzrə ixrac əməliyyatlarının cəmi 10 579 024.14 min ABŞ dolları və  54.37% təşkil etmişdir.

İdxal əməliyyatlarında MDB ölkələrinin ümumi payı 2 862 139.67 min ABŞ dolları və ya 24.96%,  Avropa İttifaqı ölkələri üzrə isə 2 328 676.89 min ABŞ dolları və ya 20.31% təşkil etmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər