15 C
Baku
Friday, April 26, 2024

Vaşinqton və Pekin arasında ticarət razılaşması 2020-ci il seçkilərindən sonra bağlanacaq – Goldman Sachs

“Goldman Sachs” hesab edir ki, Vaşinqton və Pekin arasında ticarət razılaşması ABŞ-da 2020-ci il prezident seçkilərindən sonra baş tutacaqdır.

Banker.az bu barədə  Reuters-ə istinadən xəbər verir.

Bank ABŞ-ın Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini daha iki dəfə azaldacağını proqnoz edir. Bunun əsas səbəbi kimi isə ticarət siyasəti və müqaviləsiz Brexit məsələsi ilə bağlı olan risklərin artmasını göstərir.

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp, sentyabrın 1-dən etibarən Çindən idxal olunan bütün mallara 10%-lik gömrük rüsumunu tətbiq etmək niyyətində olduğunu bildirib. Prezident qeyd edir ki, gələcəkdə bu rüsumlar 25%-ə qədər artırıla bilər.

Goldman Sachs bankının baş iqtisadçısı olan Jan Hatzius bildirir ki, bu addım ticarət müharibəsinin tənzimlənməsi şansını minimuma endirir.

Bu həftə ABŞ-ın Maliyyə Nazirliyi, Çini valyuta manipulyasiyalarında ittiham edib. Bunun əsas səbəbi isə yuanın 7 sollardan aşağı olan qiymətə düşməsi olmuşdur. Maliyyə Nazirliyinin qərarı valyuta müharibəsinə gətirib çıxara bilər.

Hatzius-un fikrincə, sentyabrda və oktyabrda FED faiz dərəcəsini bir daha aşağı salacaqdır. Mütəxəssisin fikrincə, bunun baş vermə ehtimalı müvafiq olaraq 75% və 50% təşkil edir.

“FED ticarət müharibəsi ilə əlaqədar olaraq yaranmış təhlükələrə daha çox reaksiya verməyə başlayıb”.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər