14 C
Baku
Monday, May 6, 2024

Vaşinqtonda koronavirus səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib

ABŞ-ın Vaşinqton ştatının qubernatoru Cey İnsli ştatın ərazisində yeni növ koronavirusun yayılması və ilk ölüm halının qeydə alınması səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə qubernatorun saytında dərc edilən bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Mən, Cey İnsli, Vaşinqton ştatının qubernatoru yaranmış vəziyyətlə əlaqədar… bəyan edirəm ki, Vaşinqton ştatının bütün dairələrində fövqəladə vəziyyət rejimi tətbiq edilir”.

Xatırladaq ki, daha əvvəl ABŞ-da (Vaşinqton ştatında) yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər