9 C
Baku
Thursday, December 12, 2024

“Vasmoy bazarı” MMC-yə çevrildi

“8-ci km Ticarət Mərkəzi” ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar “8-ci km Ticarət Mərkəzi” yenidən təşkil olunacaq. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 38K ünvanına (012 570-40-74) bildirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər