Vatikanın İsveçrə banklarına bağışladığı 200 milyon dollarlıq ianə, Londonda lüks evlərin tikintisinin maliyyələşdirilməsi üçün istifadə edilib. Vatikanın hüquq-mühafizə orqanları məsələ ilə istintaq prosesinə başlayıb, bu haqda mənbələrə istinadən “Financial Times” bildirir. Qeyd edildiyi kimi, istintaq Vatikanın İsveçrə banklarında saxladığı 200 milyon dollarlıq ianənin Londonun Çelsi rayonunda 49 lüks mənzillərin tikintisinə necə xərclənə biləcəyini öyrənməyə çalışır.
“Financial Times” qəzeti bildirir ki, inkişaf layihəsindən ən böyük qazanc “Athena Capital” maliyyə fondu əldə edib. Qeyd edək ki, fond Londonda yaşayan maliyyəti Raffael Minçoneyə məxsusdur.
2012-ci ildə “Athena Capital” Londonun Çelsi rayonundakı binanı 129 milyon funt sterlinq (163 milyon dollar) qiymətinə almışdır, bu məbləğin 75 milyon funt sterlinqini (95 milyon dollar) maliyyəçi “Deutsche Bank” dan borc almışdır.
2014-cü ildə “Athena Capital” fondunun hesabına Vatikandan 200 milyon dollar (həmin dövrdə 128 milyon dollar) vəsait köçürülmüşdü. 2018-ci ildə Vatikan layihədə 55%-lik paya sahib olandan sonra fonda daha 40 milyon funt sterlinq (50,6 milyon dollar) köçürdü. Ümumilikdə, Vatikan Minçonenin layihədəki payını 168 milyon funt sterlinqə satın aldı, italyan isə bundan 128 milyon funt sterlinq gəlir götürdü.
Qeyd edək ki, Raffael Minçone artıq 20 il idi ki, əsasən Londonun maliyyə banklarında işləyib. 2009-cu ildə o, kiçik italyan bankların səhmlərinin satın alınması ilə məşğul olan WRM şirkətini təsis etmişdir. “Financial Times” in verdiyi məlumata görə, Vatikanın WRM şirkəti vasitəsilə investisiya etmək ideyasını kardinal Covanni Ancelo Beççu dəstəkləmişdi, hansıki 2010-cu illərdə Dövlət Katibliyində iqtisadi məsələlərlə məşğul olub.
Xatırladaq ki, oktyabr ayında Vatikanın Dövlət Katibliyinə polis əməkdaşları basqın etmişdir. Bütün kompüterləri və sənədləri ələ keçirildi, katibliyin beş əməkdaşı isə vəzifədən azad edildi. Vatikanın mətbuat xidməti axtarışlar və Londonun tikinti layihəsində iştirakı barədə məlumat verməkdən imtina edib. WRM şirkətinin mətbuat xidməti qanun pozuntuları və ya sui-istifadə hallarını istisna edir.