15 C
Baku
Friday, March 29, 2024

Vaxtı keçmiş plastik kartları nə etmək lazımdır?

Siz bilirsiniz ki, niyə bank kartlarının da yararlılıq müddəti var? Əvvəllər bu, plastik kartlarının məhdud xidmət müddətinə malik olması ilə bağlı idi.

Vaxt keçdikcə maqnit zolağı ya maqnitsizləşir, ya da o qədər korlanır ki, oxuna bilmir. Lakin son zamanlarda kartların xidmət müddəti təhlükəsizlik vasitəsi kimi istifadə olunmağa başlayıb.

Kartın üz qabığında kartın nömrəsi, sahibin adı və istifadə müddəti, əks tərəfdə isə maqnit zolağı kimi vacib informasiyalar yerləşib.

Əlbəttə, bir çox vətəndaşlarımız istifadə olunmuş bank kartlarını pul qablarında saxlayırlar. Lakin əbəs yerə. Çünki hətta köhnə olsa da, plastik kartı itirmək, vacib informasiyanın cinayətkarların əlinə düşmə ehtimalını artırır.

Ad və nömrəsi olan kartı elə-belə zibil vedrəsinə atmaq olmaz, lakin onu mətbəxdə metal vedrədə də yandıra bilməzsiniz. Bu, çox zəhərləyici və yanğın törədici məşğuliyyət olar.

Yaxşı bəs onda istifadə müddəti bitmiş kartlarla ilə nə etmək olar?

-Bank kartlarının istifadə müddəti bitdikdə onu emitent banka qaytarmaq lazımdır? – mütəxəssis aydınlıq gətirdi.

Zolağı ev şəraitində özbaşına maqnitsizləşdirmək və ya qayçı ilə pozmaq məsləhətli deyil, belə ki müqavilənin şərtlərinə görə kart bankın mülkiyyəti hesab olunur. Kartı banka geri qaytararkən kart sahibi cərimələnə bilər, hər şey emitent-bankın qoyduğu tələblərdən asılıdır. Ona görə də müqavilənin şərtləri ilə yaxşıca tanış olun.

Filialdan kartı geri qaytararkən onu mərkəzi aparata göndərirlər, orda isə xüsusi avadanlıqda şreder vasitəsilə məhv edirlər.

Əgər kart kombinə edilmişdirsə, başqa sözlə təkcə maqnit zolağı deyil, həm də çip varsa, onda onu çıxarırlar, çünki onun tərkibində qızıl var və onu xüsusi instansiyaya göndərirlər.

Vacibdir!

Kartın istifadə müddəti bitdikdə siz ondan istifadə və hesabı idarə edə bilməyəcəksiniz. Lakin bu o demək deyil ki, bankdakı hesabınız bloka salınacaq.

Əgər kart istifadə müddəti bitdiyinə görə işləmirsə, onda yenisini almaq üçün banka getmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər