10 C
Baku
Friday, December 13, 2024

Vendi Morton: “Britaniya Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləməyə hazırdır”

“Böyük Britaniyanın bu gün gördüyümüz müasir və dinamik Azərbaycana necə töhfə verdiyini görmək çox xoşdur”.

Bunu Azərbaycanda səfərdə olan Britaniyanın Avropa qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton deyib.

Nazir bildirib ki, o, məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzini ziyarət edib.

“Məşhur London elektrik taksilərimizin Bakıda karbon emissiyalarını azaltmağa kömək etdiyini görməkdən məmnunam”, – deyə nazir vurğulayıb.

Britaniyanın dövlət naziri qeyd edib ki, COVID-19-dan və Dağlıq Qarabağdakı münaqişədən sonra onun ölkəsinin bərpa olunan enerji və yaşıl texnologiyalara əsaslanan layihələrə keçidi təşviq etmək, Azərbaycanla əməkdaşlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb: “Birləşmiş Krallığın cari ilin noyabr ayında ev sahibliyi etdiyi qlobal iqlim dəyişikliyi üzrə zirvə toplantısından əvvəl ölkələrimizin iqlim dəyişikliyi ilə birlikdə mübarizə aparması üçün geniş imkanlar mövcuddur. Birləşmiş Krallıq Azərbaycanın bərpa olunan enerjiyə keçidini və 2030-cu ilə qədər karbon emissiyalarının daha da azaldılmasını ehtiva edən iddialı iqlim hədəflərinə çatmasını dəstəkləməyə hazırdır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər