Venesuelaya qarşı tətbiq olunan maliyyə qadağaları 2013-cü ildən bu ölkəyə 350 milyard dollara qədər ziyan vurub.
Bu barədə Strateji Latın Amerikası Geosiyasət Mərkəzinin hesabatında deyilir.
“Maliyyə və ticarət boykotunun birbaşa nəticəsi venesuelalıların 2013 və 2017-ci illər aralığında 1,1-1,6 ÜDM itirməsi olub. Bu, 2013-cü ildən başlayaraq yığılan 245 milyarddan 350 milyard dollara qədər itkiyə bərabərdir”, – deyə sənəddə bildirilir.