Venesuela Mərkəzi Bankı oktyabrın 1-dən rəqəmsal bolivar tətbiq edəcək. “2021-ci il oktyabrın 1-dən etibarən rəqəmsal bolivar istifadəyə veriləcək.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Beləliklə, milli valyutada ifadə olunan bütün məbləğlər bir milyona bölünəcək”, – deyə mesajda bildirilir.
Qeyd olunur ki, “rəqəmsal bolivarın tətbiqi valyutanın dəyərinə təsir etməyəcək”. “Bolivar indikindən nə az, nə də çox olmayacaq, yəni sadəcə olaraq daha əlverişli valyuta şkalası tətbiq ediləcək”, – deyə Venesuela Mərkəzi Bankı məlumat verib.
“Mərkəzi Bank fiziki bolivar buraxmağa davam edəcək. Fiziki bolivar və rəqəmsal bolivar valyutanın bərpasına yönəlmiş prosesin bir hissəsi olaraq birlikdə mövcud olacaq”, – deyə tənzimləyici vurğulayıb.
Venesuela bolivarının rəsmi məzənnəsi bir dollar üçün 4 026 194 vahid təşkil edir. Xatırladaq ki, Venesuela son illərdə hiperinflyasiya, milli valyutanın devalvasiyası və zəruri malların qıtlığı ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. Venesuela Mərkəzi Bankının məlumatına görə, 2020 -ci ildə ölkədə inflyasiya 2959.8% təşkil edib.