24 C
Baku
Friday, April 26, 2024

Venesuela milli valyutanı devalvasiya edib

Venesuela hakimiyyəti Interbanex birjasında yeni hərracların açılışını elan edərək, bolivarın devalvasiyasını həyata keçirib.

Banker.az xəbər verir ki, Nicolas Maduro-nun hökumətindəki adı açıqlanmayan bir hökumət adamının şərhlərinə istinadən devalvasiya ilə bağlı AFP agentliyi məlumat verir.

Bolivarın kursu 35% aşağı düşərək, bir dollara görə 3200 bolivar təşkil edir. Qeyd edək ki, yaxınlarda bolivarın dəyəri bir dollara 2400 bolivar olub.

Yeni kurs Interbanex birjasının saytında 28 yanvar tarixində qeydə alınıb. Daha əvvəl, 27 yanvar tarixində Venesuelanın mərkəzi bankı yerli mübadilə birjasında yeni valyuta hərraclarının başlamasını elan edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər