Yerli çips istehsalı artsa da, bazarın əsas tələbini hələ də idxal qarşılayır

Azərbaycanda kartof çipsləri istehsalı cari ilin ilk yarımilində 1 623 ton təşkil edib. Bu, ötən ilin eyni dövründəki 1 520,2 tonla müqayisədə 6,8% artım deməkdir. Bununla belə, yerli istehsal idxaldan daha zəif tempdə böyüyüb. Ölkədən xaricə isə demək olar ki cüzi ixrac var.

Banker.az bunu yerli istehsalla bağlı olan rəqəmlərə istinadən xəbər verir.

Eyni dövrdə xaricdən ölkəyə 2 606 tona yaxın kartof çipsisi idxal edilib. Bu, 2025-ci ilin ilk altı ayındakı 2 168 tonla müqayisədə 20% çoxdur. Beləliklə, istehsal və idxalı birlikdə bazarın həcminə dair göstərici kimi götürdükdə, ümumi tələb təxminən 14,7% artaraq 4 228,6 tona yüksəlib.

Bu hesaba əsasən bazarı araşdırsaq hələ də ölkənin ümumi çipsi tələbinin böyük hissəsini xaricdən gətilrən çipsilərinin payına düşür. Məsələn, 2026-cı ilin ilk yarısında daxili tələbin təxminən 61,6%-i idxal hesabına, 38,4%-i isə yerli istehsal hesabına qarşılanıb. Bir il əvvəl idxalın payı təxminən 58,8%, yerli istehsalın payı isə 41,2% olub. Yəni bazar böyüsə də, artan tələbin daha böyük hissəsi xarici məhsullar hesabına təmin edilib.

Bundan əlavə olaraq, kartof delikatesi indi Azərbaycana 25% daha baha başa gəlir. 2026-cı ilin ilk altı ayında bu məhsullar üzrə idxal 11 milyon dollar təşkil edib. İdxalın orta qiyməti ton üçün təxminən 4 235 dollar, yaxud kiloqram üçün 4,24 dollar olub. 2025-ci ilin eyni dövründə orta qiymət təxminən 3 388 dollar/ton idi.

Azərbaycanda idxalçı şirkətlər hələ də əsas bazar kimi Rusiyanı seçir. Keçən il şimal qonşudan ölkəyə 2 389 ton məhsul gətirilib ki, bu da ümumi idxalın 92%-nə bərabərdir. Digər əsas mənbələr arasında Türkiyə, Gürcüstan, Belarus və Latviya yer alıb.

Ölkəmizdə sənaye miqyasında kartof çipsi istehsal edən əsas müəssisələrdən biri “Chipsim” markası ilə bazarda çıxış edən Qəbələ Konserv Zavodudur.

Zavodda çips istehsalı xəttinin gücü 2023-cü ildə Prezidentin Qəbələ Qida Şəhərciyinə səfəri zamanı saatda 1 ton olaraq açıqlanıb.

Bu göstəriciyə əsasən, xətt 8 saatlıq iş rejimində gündə 8 ton, 250 iş günü hesabı ilə isə nəzəri olaraq ildə təxminən 2 min ton çips istehsal edə bilər.

Lakin bu, zavodun faktiki illik istehsalı deyil, xəttin saatlıq gücündən hesablanan nəzəri istehsal potensialıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər