Hökumət bu pula ərzaqın alınacağına ümid edir
Venesuelanın paytaxtı Karakas şəhərinin meriyası istifadəyə yeni alternativ valyuta buraxacaq. O karibe adlanacaq. Hökumət dövlət vayutası bolivarın sürətlə düşməsindən sonra bu qərara gəlib.
Karakas sakinləri yeni valyutadan ərzaq və əsas tələbat məhsullarını almaq üçün istifadə edə biləcəklər. Belə məhsulların satışı xüsusi yarmarka və festivallarda həyata keçiriləcək. ElTiempo xəbər verir ki, tədbirlər bir ay ərzində meriyanın nəzarəti altında keçiriləcək.
Karakasın bütün rayonlarında quraşdırılacaq xüsusi mübadilə məntəqələrində bolivarı yeni valyutaya dəyişmək olacaq. Valyuta məzənnəsi 1 karibe üçün 1000 bolivar olacaq. Valyuta məzənnəsi təsadüfən seçilməyib. O, denominasiya zamanı bolivarın dəyişəcəyi kimidir. Bu proses bu ilin 4 iyun tarixindən başlanacaq. Nəticədə bolivar son üç sıfırını itirəcək.
Venesuelanın dövlət pul vahidinin məzənnəsi qara bazarda 1 dollar üçün 250-300 min bolivar arasında dəyişir. Hiperinflyasiya ilə əlaqədar olaraq, yerli hakimiyyət orqanları özlərini müstəqil şəkildə çətin vəziyyətdən qurtarmaq və yerli valyutalar ixtira etmək məcburiyyətindədirlər. Bunun üçün artıq iki valyuta – elorsa və panal istifadəyə verilib. Onlardan daxili kommunal xərclər üçün istifadə olunur. Həmçinin bu pullar ərzaq mallarının topdan satış mağazalarında qəbul edilir.
Yaxınlarda Venesuella neft ehtiyatı ilə dəstəklənən şəxsi kriptovalyutasını istifadəyə verib. Onu petro adlandırıblar.