-1 C
Baku
Sunday, December 15, 2024

Verdiyi kreditlərin azalması hesabına “Azərbaycan Mikro-Kredit” kiçilib

“Azərbaycan Mikro-Kredit Olmayan Bank Təşkilatı” MMC-nin aktivləri 2018-ci ilin əvvəli ilə müqayisədə sonu 6 faizdən çox azalaraq 2 milyon 962 min manata düşüb.

Bu barədə Banker.az BOKT-un 2018-ci il üzrə audit hesabatına istinadən xəbər verir.

BOKT-un aktivlərinin 2 milyon 600 min manatı kredit portfeli olub, bu illik 10 faiz azalma olması deməkdir.

“Azərbaycan Mikro-Kredit”in cəmi öhdəlikləri 408 min manat, cəmi kapitalı isə 2 milyon 555 min manatdır.

 Mənfəəti azalıb

“Azərbaycan Mikro-Kredit”in cəmi faiz gəlirləri 681 min manata yaxın olub ki, bu da öncəki il ilə müqayisədə 18 faiz azalma olması deməkdir.

Bununla belə, 2018-ci ili də xalis mənfəət – 55 min manata yaxın məbləğlə bitirib. Bu ötən il 100 min manatdan çox idi. 

Bildirək ki, bu BOKT 2014-cü ilin aprelindən fəaliiyət göstərir və tarix ərzində xalis mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər