“Azərsu” ASC “Hydro-Geo Environnement Group” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərsu” ASC-nin daxili vəsaiti hesabına əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 50 ədəd subartezian və artezian quyularında diaqnostika, yuma, quyu inkişafı və təmir-bərpa işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 870 300 manatdır.
“Hydro-Geo Environnement Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Saleh Seyfullayevdir. Şirkətin vergi borcu 6 559 manat təşkil edir.