Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, 23 avqust tarixinə vergi borcu olduğuna görə 400 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.