2023-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub.
Banker.az xəbər verir ki, DVX-dan verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 74,8 faiz və ya 2,1 milyard manat artıb.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 2 milyard 618 milyon manat təşkil edib. 2022-ci ilin I rübü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 16,4 faiz çox olub.