Azərbaycana hökumət tərəfindən cari ildən stimullaşdırıcı güzəştlər olsa da, bu il xaricdən idxal etdiyi hibrid mühərrikli minik avtomobillərinin sayı azalıb.
Bu barədə Banker.az-a Dövlət Gömrük Komitəsindən məlumat daxil olub.
Ötən il hökumət tərəfindən istehsalı 3 ildən və mühərrikinin həcmi 2 500 kub- sm-dan çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilmişdi.
Gömrükdən daxil olan rəsmi göstəricilərə görə, Azərbaycan 2022-ci ilin ilk 10 ayı ərzində 9 770 hibrid mühərrikli minik avtomobili idxal edib. Bu rəqəm 2021-ci ilin eyni dövründən 263 ədəd, yaxud 3 faiz aşağı göstəricidir. Lakin, miqdar baxımından aşağı göstərici qeydə alınsa da, idxal dəyəri baxımından artıb. 9 770 hibrid avtomobilinin idxal dəyəri $119.75 milyon təşkil edib. Bu ötən ilin analoji dövründə $61.06 milyon idi.
Eyni ilə vergi güzəşti tətbiq edilən elektro-avtomobillərin sayında da kəmiyyət baxımından gözəçarpan yüksəliş yoxdur. Ötən ilin 10 ayı ərzində ölkəyə 106 e-car idxal edilib, bu isə cari ilin eyni dövründə 368 ədəd təşkil edib.