13 C
Baku
Wednesday, May 8, 2024

Vergi Məcəlləsinə yeni dəyişikliklər ictimaiyyətə açıqlanmayıb

Təəssüf olsun ki, Vergi Məcəlləsinə edilən son dəyişiklik ictimaiyyətə açıqlanmayıb. Məlumat, şayiələr var ki, Vergilər Nazirliyi inzibatçılığı sərtləşdirir”. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli sərəncamına uyğun olaraq Vergilər Nazirliyinin hökumətə verdiyi təkliflərlə bağlı yayılan məlumatlara aydınlıq gətirən “PwC Azerbaijan” şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, nazirliyin inzibatçılığı sərtləşdirməsi ilə bağlı yayılan məlumatlara müxtəlif kontekstdən yanaşmaq olar: “Hətta şayiələr yayılır ki, bu təkliflər yalnız Prezidentin sərənacamının yerinə yetirilməsi üçün “qaloçka”ların qoyulmasıdır. Amma düşünürəm ki, inzibatçılığın sərtləşdirilməsi məsələsinə fərqli kontekstdən baxmaq olar. Əgər bu, vergidən yayınmalara qarşı sərtləşmədirsə, yaxşı haldır, yox, əgər bu, biznesin inkişafına mane olacaqsa, pis sərtləşmədir”.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər