Əks halda, uçot məlumatlarında mənfəət vergisi mükəlləfiyyəti aktiv qaldığına görə vergi orqanı gələcəkdə “AA” MMC-dən həm mənfəət, həm də sadələşdirilmiş vergi bəyannaməsini tələb edəcək.

Bəs 2023-cü ildə “AA” MMC yenidən mənfəət vergisi ödəyicisi mükəlləfiyyətinə keçə bilərmi? Əlbəttə, keçə bilər. Bunun üçün 1 yanvar 2023-cü ildən 20 aprel 2023-ci ilə kimi heç bir sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmir və vergi orqanına yazılı müraciət edir ki, sadələşdirilmiş vergi mükəlləfiyyətini ləğv edib və onu mənfəət vergisi mükəlləfiyyətinə keçirsin.

Onu da bildirək ki, sadələşdirilmiş vergi ödəyicisindən mənfəət və ya gəlir vergisi ödəyicisinə keçiləndə, Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, rüblük cari vergi arayışları təqdim edilməlidir, əks halda, vergi orqanı analoji hesablamalar apara bilər.