26 C
Baku
Saturday, April 20, 2024

Vergi və gömrükdən büdcəyə köçürmələr artdı, ARDNF-in “köməyinə” ehtiyac azaldı

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 mlrd. 350 mln. manat məbləğində transfert daxil olub.

Bu barədə Banker.az Maliyyə Nazirliyinin operativ hesabatına istinadən xəbər verir.

Nazirlik bildiririr ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra göstəriciləri Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850 mln. manat və ya 7 faiz az istifadə olunmasına imkan verib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər