Vergilər naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov 30 may 2018-ci il tarixində saat 11:00-də Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Bakı-Qazax şossesinin 118 km-i) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 25-29 may 2018-ci il tarixlərində Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinə, Ağsu və Qobustan rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər