Vergilər Nazirliyi vergi ödəyicilərinin onlara göndərilən SMS-ləri oxumamasına görə 100 manat məbləğində cərimə ediləcəyi ilə bağl mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Nazirlik bəyan edib ki, SMS-lərin oxunmamasına görə cərimənin tətbiqi nəzərdə tutulmayıb.
“Bu, yanlış informasiyadır, belə bir şey yoxdur”, – deyə qurum bəyan edib.