Azərbaycan Respublikası Vergilər Nazirliyi ( son statusuna əsasən Dövlət Vergi Xidməti) daha bir jurnalı satın aldığı məlum olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, VN “Finansist” jurnalını 31 980 manata satın alıb.
Qeyd edək ki, bu jurnalına nəzər saldıqda sonuncu dəfə 19 sentyabr tarixində məlumatlar [xəbərlər] yerləşdirilib. Sonuncu nəşr isə 2014-cü ildə buraxılıb (saytına istinad etsək). Jurnal 2004-ci ildə təsis edilmişdir.
VN, buna qədər isə özünə məxsus “Azərbaycanın vergi jurnalı”nı 58 400 manata UNEC-ə satmışdı.