Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sayı artıb.
Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.
Beləliklə, bundan sonra artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədi ilə müraciətin təqdim edilməsi elektron qaydada həyata keçiriləcək.