“Bu il supermarketlərdə 760-dan çox GPS aparatları quraşdırmışıq”. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: “Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir”.
“Bəzi ərköyün supermarketlər var. Bunların bəzilərində xronometraj ölçmələr aparılıb və acınacaqlı nəticələr əldə edilib. Bu supermarketlərdə malların qiymətləri dəyişməyib. Vergi orqanalarının apardığı ciddi yoxlamalar nəticəsində onlar 2014-cü ilə nisbətən 2015-ci ildə bir qədər artıq vergi ödəyib. Bu ilin əvvəlində apardığımız xronometraj müşahidələr zamanı isə bu obyetklərinonların on dəfələrlə dövriyyəni gizlətdiyinin şahidi olmuşuq. Dövriyyəsini 40 dəfə gizlədən supermarketlər var”, – deyə nazir müavini əlavə edib.
Report