Qərar qəbul edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarda deyilir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 15-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“15. Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi
15.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlər
15.2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin:
15.2.1. ərazi vergilər departamentləri
15.2.2. ərazi vergilər idarələri
15.2.3. rayon vergilər şöbələri
15.3. Naxçıvan Şəhər Vergilər İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri.”.