10 C
Baku
Thursday, December 12, 2024

Vergilər Nazirliyindən 6,8 milyon manatlıq müqavilə

Vergilər Nazirliyi “Cybernet” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə dəstək xidmətinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 6 milyon 821 min 927 manatdır.

Bildirək ki, bu şirkət proqram təminatlarının inkişafı, sistem arxitekturalarının modelləşdirilməsi və İT infrastrukturunun qurulması ilə məşğul olur. “Cybernet” MMC hökumət qurumlarına, banklara, telekommunikasiya təşkilatlarına, biznes subyektlərinə innovativ proqram təminatları və mükəmməl tətbiqlər, təkmilləşdirmə, texniki dəstək və inteqrasiya xidmətləri təklif edir.

Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 min manatdır və qanuni təmsilçisi İlham Namazovdur.

Son xəbərlər
Digər xəbərlər