9 C
Baku
Thursday, December 12, 2024

Verginin Azərbaycan iqtisadiyyatında yükü artıb: 10%-i ötüb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatından vergilər üzrə daxil olmalarında faiz yüksəlib. Banker.az bu barədə Dövlət Statistika Komitəsi (AzStatKom) məlumat yayır.

Məlumata görə, ölkənin məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 8,2 faiz idi.

Xəbər verdiyimiz kimi ilk rübdə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdir.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artmış, neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.

ÜDM istehsalının 40,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 19,7 faizi digər sahələrin payına düşmüşdür.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 840,2 manata bərabər olmuşdur, ötən ilin eyni dövründə bu 1 835,1 manat idi.

Son xəbərlər
Digər xəbərlər