17 C
Baku
Monday, April 29, 2024

“Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb, mənbə bildirir

Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən “Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb.

Banker.az xəbər verir ki, bu barədə Hurriyyet.org-a daxil olan məlumatda deyilir.

Bildirilir ki, həmin depoda gizli şəkildə bəzi ərzaq məhsulları istehsal olunurmuş və şirkət həmin malların özünə məxsus marketlərdə qeydiyyatsız satışını təşkil edirmiş. Bununla həm vergidən yayınır, həm də əlavə qazanc əldə edirmiş.

Məlumata aydınlıq gətirmək məqsədilə “Veysəloğlu” şirkəti ilə əlaqə saxladıq. Sözügedən şirkətin hüquqşünası Fuad Yadigarov dedi ki, o, bu barədə suallara cavab verə bilməz: “Mən o səlahiyyətli şəxs deyiləm. Mənə səhv yönləndiriblər. Mənə aidiyyatı yoxdur, aidiyyatı üzrə yönləndirsinlər. Mənim bu barədə heç bir məlumatım yoxdur”.

İddia ilə bağlı İqtisadiyyat Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, dəfələrlə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqələndirsələr də, şöbədən telefona cavab verən tapılmadı.

“Veysəloğlu” şirkətinin nümayəndəsi ünvanlanan sualla bağlı aşağıdakı cavabı vermişdir: ” Bildirmək istəyirik ki Veysəloğlu MMC- yə aid olan  bütün  şəxsi marka qida və qeyri qida məhsulları Azərbaycanda istehsal edilmir. Qeyd edək ki, distribüterliyini təşkil etdiyimiz, habelə şəxsi markalarımıza aid bütün qida və qeyri qida məhsulları ölkəyə daxil olunarkən, Gömrük nəzarət qaydalarına riayət edilməklə yanaşı, hər bir partiyadan götürülümüş nümunələr testlərdən keçirilərək satışa yararlılığı təsdiq edildikən sonra istehlakçılara təqdim edilir. “

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər