Azərbaycanın aparıcı ticarət holdinqi – “Veysəloğlu” MMC-nin şirkətlərindən ikisi ləğv olunur.
“Banker.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Söhbət “V-Trade” və “Vesta Horeka” MMC-lərdən gedir. Şirkətlər “Veysəloğlu”ya qoşularaq ləğv edildiklərini, bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan ediblər.