7 C
Baku
Thursday, December 12, 2024

“Veysəloğlu” və “Azərsun Holding” araşdırmalardan üzüağ çıxdı

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki olan  – “Veysəloğlu” MMC, “Tamashaee Foods” MMC, “QİDA XXI” MMC, “Best-Tarım” MMC, “Babək” firması – (Babek), “Xudafərin-1” MMC, “Elsaan Group MMC”, “AL market” MMC  və “Azərsun Holding” Şirkətlər Qrupuna daxil olan “Sun Food” MMC barəsində araşdırma başlanılıb.

Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda  düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər