25 C
Baku
Friday, April 19, 2024

“Taliban” Əfqanıstanda yeni hökumət qurdu

“Taliban” üzvlərinin yeni əfqan hökumətinin üçün apardıqları müzakirələr yekunlaşıb.

Bu barədə “Sputnik”ə “Taliban” yaraqlıları arasındakı qaynaqdan bildirilib.

Qeyd edilib ki, hərəkat təmsilçiləri əsas vəzifələrə təyinat alıblar.

Məlumata görə, “Taliban”ın siyasi ofisinin rəhbəri Molla Abdulqəni Biradər Əfqanıstanın xarici işlər naziri vəzifəsinə təyin edilib.

Hərəkatın qurucusu Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub müdafiə naziri vəzifəsinə gətirilib.

Radikalların liderlərindən biri olan Cəlaluddin Haqqaninin oğlu Siracəddin Haqqani isə daxili işlər naziri olub.

Nazirlər Kabinetinin digər üzvləri isə yaxında açıqlanacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər