Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki, hüquq elmləri doktoru Əhmədov Mahir Bayram oğlu DİN-in Polis Akademiyası rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, o, 1992-ci ildən 2020-ci il tarixinədək DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini vəzifəsində xidmət edib.