Banker.az saytının verdiyi məlumata görə, ödəniş xidmətləri üzrə ixtisaslaşmış SIX Payment Services şirkəti mobil ödənişlər həyat keçirmək üçün SIM-kart bzasında virtual kredit kartı yaradıb. Hələ ki, xidmət yalnızca Avstriya ərazisində fəaliyyət göstərir.
Mobil kredit kartı SIX şirkətinin Avstriyada fəaliyyət göstərdiyi PayLife 0100 brendi ilə eyni adı daşıyır. Kartı 4.1 və daha yüksək Android versiyasısı bazasında mobil telefonlarda quraşdırmaq mümkündür. Daha sonra isə, “bir toxunuşla” təmassız ödənişləri dəstəkləyən istənilən EFTPOS-terminalından ödəniş etmək mümkündür. Bununla yanaşı, mobil kredit kartından həm online ticarət üçün, həm də plastik kredit kartı kimi istifadə etmək olar.
PayLife kart sahibləri virtual kredit kartını «myPayLife» portalından əldə edə bilərlər.
Xidmət işə salındıqdan sonra bir il ərzində pulsuz olacaq, bu müddət başa çatdıqdan sonra aylıq istifadə haqqı 90 avro senti təşkil edəcək.