1 C
Baku
Saturday, December 14, 2024

Virus Nyu-Yorkun dəbdəbəli əmlak bazarını vurub

Nyu-Yorkun ən böyük dəbdəbəli (lüks) əmlak brokerlərindən biri Franses Katzen cari ilə uğurlu start verərkən koronovirus onun bazarını vurub.

Nyu-Yorkun xanım brokeri F.Katzen bir neçə həftə ərzində satışlarını 80 milyon dollara çatdırarkən koronavirus səbəbindən şəhərə karantin rejmi tətbiq edilib. Son həftədə hətta şəhərin mərkəzində pentaus üçün 20 milyon dollarlıq gəlir əldə edə bilib. Lakin, bir çox alıcılar artıq yoxa çıxıb.

Dillerlər əksəriyyəti karantin rejiminin davam etdirilməsi və eləcədə bir qədər qeyri-müəyyənlik nəinki yeni alıcılar, hətta indiyə qədər əmlak alışı üçün razılaşma edənlərin də bu müqavilələrə imza çəkməsindən imtinasına səbəb olacağı riskini ə göz önünə alırlar. Bu isə öz növbəsində bu növ broker və konsaltinq şirkətlərinin kredit ödəniş qabiliyyətinin itməsi ilə nəticələ biləcəyini göz önünə alırlar.

“Dünya üçün ağır olacaq”, bunu nyu-yorklu agent işçi ehtimal edir.

Digərləri isə tezliklə bu pandemiyanın yoxa çıxması ilə ilin sonuna daşınmaz əmlak bazarının daha da gurlaşacağına ümid edir. Bu arada bir çox lüks ev alıcıları yaranmış qarışıqlıqdan hürküblər. Bundan əlavə əmlakın bir çox alıcı ölkələri var ki, məsələn, Çin və Rusiyadan – onların coğrafi-siyasi səbəblərdən yoxa çıxıblar.

Son xəbərlər
Digər xəbərlər