Ödəniş xidməti şəbəkəsi “Visa”nın ödəniş kartları vasitəsilə Azərbaycanda aparılan əməliyyat həcmləri bazar payı genişlənib. Bununla da “Visa”nın bazar payı son bir ildə 57%-dən 60%-ə yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin avqustunda ümumi kartlarla aparılan 11 milyard 984 miylon manatın 7 milyard 157 milyon manatı “Visa” kartları ilə aparılıb. Ödənişlərin digər qalanı 4 milyard 763 milyon manat “MasterCard” ilə, 0.7 milyon manat “American Express” ilə və 0.05 milyon manatı Çinin “UnionPay” ödəniş kartları ilə idi.
Ötən ilin müvafiq dövründə 10 milyard 331 milyon manatlıq ümumi əməliyyatın cəmi 5 milyard 880 milyon manatı “Visa” ilə aparılmışdı. Qalan 4 milyard 365 milyon manat “MasterCard” ilə, 25 milyon manat “American Express” ilə və 0.1 milyon manatı “UnionPay” ödəniş kartları ilə idi.