6 C
Baku
Saturday, December 14, 2024

“Visa” Rusiya banklarını kartlararası köçürmələri telefon nömrəsi ilə etməyə məcbur edəcək

“Visa” ödəmə sistemi Rusiya banklarını kartlararası köçürmələri telefon nömrəsi ilə etməyə məcbur edəcək. Banker.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat verib.

Bildirildiyi kimi, 30 sentyabr 2021-ci ildən başlayaraq banklar kartlararası köçürmələri telefon vasitəsi ilə həyata keçirəcəklər. Qeyd edək ki, hal-hazırda bu xidmət tək-tək yerlərdə əlçatandır.

“Söhbət Visa ödəmə sisteminin kartlararası köçürmələri telefonla həyata keçirmək xidmətində iştirak edən banklar üçün irəli sürdüyü tələblərdən gedir”, – şirkətin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, nəşrin müsahibə verdiyi banklar “Visa”nın layihəsində maraqlıdırlar. Onlar arasında “Russkiy Standart”, “Rayffayzenbank”, “Tikoff” və “Rosbank” var. “Qazprombank” ilk növbədə müştəri üçün əlverişli olan köçürmə xidmətlərini inkişaf etdirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər