23 C
Baku
Thursday, April 25, 2024

Visa uşaqlar üçün ödəniş kartı yaradır

Banker.az saytının verdiyi məlumata görə, Current şirkəti uşaqlar tərəfindən ödəniş prosesinin həyata keçirilməsi üçün yeni həll yolu təklif edir. Yetkinlik yaşına çatmayan uşaqlar Visa debet kartının kməkliyi ilə mağazalarda və internetdə alış-veriş edə bilərlər. Bu zaman valideynlərin öz bank hesablarından xüsusi rezervə köçürdükləri vəsaitlərdən istifadə ediləcək.

Şirkət belə hesab edir ki, bununla uşaqlara öz xərclərini idarə edilməsini, qənaəti və s. öyrətmək mümkündür. Bununla belə, uşaqlar maliyyənin idarə edilməsi ilə təcrübədə real olaraq tanış ola bilər.

Current yaradıcısı Stüart Sopp bildirib ki, startap üçün ideya onun şəsi valideynlik təcrübəsindən yaranıb. Bu kart uşaqlara müəyyən mənada sərbəstlik qazandırsa da, onların xərcləri valideynlərinin nəzarəti altında olacaq. Məsələn, valideynlər övladlarının xərcləri, həmçinin bankomat vasitəsilə nağdlaşdırma, düşünülməmiş alış-verişin ödənilməsi üçün gündəlik limit təyin edə bilər. Bundan əlavə, uyğun bilmədiyiniz mağazalara ödəniş qadağası da qoymaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər