-1 C
Baku
Saturday, December 14, 2024

Visa və Mastercard ödəniş məlumatlarını mübadilə edəcək

İki rəqib şirkət olan Visa və Mastercard rəqəmsal pulqabı servislərinə digər şirkətin tokenizə edilmiş ödənişlər haqqında məlumatlarını əldə etmək imkanı yaradan müqavilə imzalayıb.
Bir neçə il əvvəl təqdim edilən tokenizasiya metodu hesabın ənənəvi 16 rəqəmli nömrəsini unikal rəqəm seriyası ilə əvəz edir və bununla da online ödənişlərdən istifadə edən fırıldaqçıların istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək kimi cəhdlərindən qorunmağa kömək edir.

İki şirkət arasında bağlanan müqavilə sayəsində MasterCard Masterpass və Visa Checkout rəqəmsal pulqabıları bir-birinin tokenlərini qəbul edə biləcəklər. Ümumilikdə, qarşılıqlı razılaşma Visa şirkətinə MasterCard şirkətinin tokenizə edilmiş ödəniş məlumatlarını istəmək və həmin məlumatları Visa Checkout-da istifadə etmək haqqı verir və əksinə.
“Müqavilə – bir şəbəkənin rəqəmsal pulqabısının digər şəbəkənin tokenizasiya sistemindən istifadə etməyə icazə verməklə şəffaflığa zəmanət verir və real kart nömrələri əvəzinə tokenlərdən istifadə etmək üçün əlavə təhlükəsizlik səviyyəsi əlavə edir” – deyə MasterCard şirkətinin nümayəndələri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər