7 C
Baku
Thursday, December 12, 2024

“Visa” və “Mastercard” onlayn alış ödəmələri üçün “Apple Pay”in rəqibini tərtib ediblər

“Visa”, “Mastercard”, “American Express” və “Discover Financial Services” şirkətləri “Apple Pay” in rəqibini tərtib edirlər. Layihə istifadəçilərin smartfon vasitəsilə həyata keçirilən onlayn alış-veriş prosesini bir az da sadələşdirməyə xidmət edir.

Banker.az xəbər verir ki, “Bloomberg”-in verdiyi məlumata görə, yeni servis “Apple Pay” in rəqibi olacaq.

“Smartfonlar istifadəçilərə bir anda şəkil çəkməyə və futbol maçların nəticələrinə baxmağa imkan verir, lakin onlayn alış-veriş zamanı kredit kartının məlumatlarını daxil etmək məcburiyyəti alıcıları hələ də qıcıqlandırır. Nəticədə çoxları fikrindən dönür və bu, riteylerlərə milyardlarla dollara başa gəlir”, – Bloomberg qeyd edir.

Ödəniş sistemləri tərəfindən hazırlanan bu xidmət, onlayn səbətdən imtina hallarının azaldılmasına kömək etməlidir. Belə ki, istifadəçilərin bir hissəsi mağazanın veb saytındakı səbətə bir neçə məhsul əlavə edir və sonra alış etmədən saytı tərk edirlər. Əgər ödəniş prosesi bir “klik” ə başa gələrsə, belə imtinaların sayə daha az olacaqdır.

Qeyd edək ki, daha əvvəl “Amazon” şirkəti də bu taktikadan istifadə etmişdir. Bloomberg-in verdiyi məlumata görə, yaxın gələcəkdə digər riteylerlər də xidmətdən istifadə edəcək.

Əvvəllər ödəniş sistemləri alış-veriş üçün belə bir “düymə” yaratmağa cəhd göstərsələr də, “Visa Checkout”, “Masterpass” və “AmEx Express Checkout” layihələri “PayPal” ilə rəqabət apara bilməyiblər. Ödəniş sistemləri yeni texnologiyanın necə tətbiq olunacağını başa düşmək üçün banklarla danışıqlar aparırlar.

 

Son xəbərlər
Digər xəbərlər