7 C
Baku
Sunday, December 15, 2024

“Visa” və “MasterCard” plastik kartların müddətilə bağlı məsələyə aydınlıq gətirdi

Beynəlxalq ödəniş sistemləri olan “Visa International” və “MasterCard” Azərbaycan kommersiya banklarına məxsus plastik kartların son istifadə tarixlərinin dəyişdirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Bu barədə  hər iki quruma göndərilən sorğuya verilən cavabda deyilir.

“Visa”nın Qafqazdakı regional direktoru Kristina Doros bildirib ki, kartın etibarlılıq müddəti kartı emissiya edən bank tərəfindən müəyyən edilir:

“Pandemiyanın başlaması ilə bizim şirkət Azərbaycandakı bütün “Visa” kart sahiblərinin “Visa” ilə fasiləsiz ödəmələrini təmin etmək, eyni zamanda kartların yenidən yayımlanması və çatdırılması baxımından banklar üzərindəki yükü azaltmaq üçün bir sıra addımlar atdı.

Xüsusilə bu müddət ərzində “Visa” emitent banklara kartların etibarlılıq müddəti başa çatdıqdan sonra əməliyyatlardan imtina etməməyi tövsiyə etdi. Çünki bu vəziyyətdə banklar kartların vaxtında təkrar buraxılması və müştərilərinə çatdırılması ilə bağlı çətinliklərlə üzləşə bilər. Kartlarında əməliyyat aparmağın mümkünlüyünü yoxlamaq üçün vaxtı keçmiş “Visa” kart sahibləri kartı verən bankla əlaqə saxlamalıdırlar. Bankların emal edən zaman parametrlərin düzgün qoyulduğundan əmin olmaq üçün emissiya edən banklara tövsiyə edirik.

Bundan əlavə, “Visa” kartlarımıza PİN kodu daxil etmədən təmassız ödənişlər limitini artırdı. “Visa Easy Payment” xidməti limiti 80 manata qaldıraraq PİN kodu daxil etmədən sadə və etibarlı təmassız ödəmə imkanı yaradır. Bu hərəkət gündəlik əməliyyatları daha rahat edir və alıcılara daha böyük alış-veriş üçün PİN kodu daxil etmədən və ya POS-terminalına toxunmadan təmassız kartla ödəmə imkanı verir”.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar da plastik kartların son istifadə tarixinin seçilməsi səlahiyyətinin banklara məxsus olduğunu qeyd edir:

“Kartların sona çatma tarixi müvafiq bankın əməliyyat qərarları çərçivəsində müəyyən edilir. Aprel ayında alınan bir kartın aprel ayında sona çatması üçün heç bir öhdəlik yoxdur. Kart 3 il müddətinə buraxıla bilər və ya növbəti kart buraxılış tarixinin sıxlığından asılı olaraq fərqli bir tarixdə yenilənməsi istənilə bilər. “Mastercard” bu mövzuda qərarı bankların öhdəsinə buraxır”.

Qeyd edək ki, son günlər bir sıra kommersiya banklarında mart-aprel aylarında sifariş verilən plastik kartların bitmə tarixi 2024-cü ilin dekabr ayı göstərilib.

Son xəbərlər
Digər xəbərlər