9 C
Baku
Thursday, December 12, 2024

Vitse-prezident: “AZAL tarixində ilk dəfə maliyyə ilini xalis mənfəətlə başa vurub”

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tarixində ilk dəfə olaraq ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub.

Bunu AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev deyib.

“2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub”, – S. Rzayev bildirib.

Onun sözlərinə görə, hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.

Son xəbərlər
Digər xəbərlər