10 C
Baku
Wednesday, December 11, 2024

Vitse-prezident həbs edildi

İtaliya qvardiyası dünən İtaliya Bank Assosiasiyasının vitse-prezidentini həbs etmişdir. Yerli mətbuat orqanlarının verdiyi məlumata görə, Carige adlı nəhəng bank və sığorta qrupunun keçmiş prezidenti maliyyə fırıldağı və çirkli pulların yuyulmasında təqsirli bilinir.

Məşhur bankir ilə birgə 6 şəxs də həbs edilib. Bunlar sırasında Carige Vita Nuova sığorta şirkətinin icraçı direktoru Ferdinando Menkoni, daşınmaz əmlak üzrə nəhəng ticarətçi Ernesto Kavallini, həmçinin digər bankirlər, sahibkarlar və vəkillər də var.

Genuya prokurorluğunun əmri ilə həyata keçirilən tədqiqatın materiallarına əsasən, onlar hamısı müxtəlif şirkət və daşınmaz əmlak obyektlərinin satılması ilə geniş miqyaslı maliyyə fırıldağında iştirak etmişlər. Nəticədə də Carige qrupu əhəmiyyətli dərəcədə ziyanla üzləşmişdir. Onlar 2006-2009-cu illər ərzində İsveçrəyə qanunsuz olaraq 21 milyon avro keçirə bilmişlər.

Maliyyə qvardiyası həbslər ilə yanaşı Genuya, Milan və Spesiyada araşdırma aparmış və 22 milyon avro dəyərində olan əmlakı müsadirə etmişdir. Tədqiqat materiallarında bütün bu maliyyə fırıldağına Carige qrupunu 77 yaşlı rəhbəri Berneski olmuşdur. Qeyd edək ki, o 20 il ərzində bu kredit təşkilatına rəhbərlik etmişdir.

Son xəbərlər
Digər xəbərlər