“Viza Kredit BOKT” MMC-də yeni təyinat olub.
Təşkilatdan Banker.az-a daxil olmuş məlumata görə, Rüstəmov Rövşən Yusif oğlu BOKT-un direktoru təyin edilib.
2011-ci ildə yaradılmış “Viza Kredit BOKT” 1 milyon 470 min manat nizamnamə kapitalına malikdir.