“Hazırda institusional turizm sektorunun formalaşdırılması ilə bağlı vizaların verilməsi və sərhəd-keçid prosedurlarını optimallaşması istiqamətində çox geniş proqram üzərində iş aparılır”.
Bunu Milli Turizm Sammitində çıxış edən edən zaman Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, artıq bu proqramın müvafiq dövlət orqanları ilə razılaşdırılması proseduru yekunlaşdırılır: “Vizaların verilməsi və sərhəd-keçid prosedurlarını optimallaşması qarşıya qoyulan məqsədlərdəndir. Təbii ki, vizaların sadələşdirilməsi üçün əsas işlər görülüb. Məqsədimiz ölkəmizə daha çox turistin gəlməsinə nail olmaqdır. Dövlət Turizm Agentliyi bu məsələdə çox maraqlıdır ki, viza proseduru daha da sadələşdirilsin və turistlərin ölkəyə gəlmə imkanları daha əlçatan olsun”.
©Trend