14 C
Baku
Saturday, April 27, 2024

“Volkswagen” Almaniyadakı əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq

“Volkswagen Group” 2023-cü ilin yanvarında Almaniyanın Volfsburq şəhərindəki əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq.

Bu barədə “Volkswagen Passenger”in rəhbəri Tomas Şefer məlumat verib.

Onun sözlərinə görə, istehsalın dayandırılmasına səbəb tədarük zəncirində yaranmış problemlərdir: “Ona görə də şirkətin əsas zavodu hazırda istehsal gücünün yarıdan azını istifadə edir”.

Xatırladaq ki, dekabrın əvvəlində T.Şefer bildirmişdi ki, Volfsburqdakı zavodda ildə 400 mindən az avtomobil istehsal olunur ki, bu da onun istehsal gücünün 50 %-ni belə təşkil etmir.

“Volkswagen”in bu zavodunda 60 minə yaxın işçi çalışır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər